Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 237 nəfərə çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Suriyanın “Əl Ekhbariya” telekanalı respublikanın Səhiyyə Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, azı 639 nəfər xəsarət alıb. Qeyd olunur ki, tələfat Latakiya, Hələb, Həma və Tartus əyalətlərində qeydə alınıb. Bundan əvvəl Suriya mediası 111 nəfərin öldüyü barədə məlumat yayıb.
Məlumata görə, bunlar hələ yekun rəqəmlər deyil və xilasetmə əməliyyatları davam etdikcə say arta bilər.
Həmçinin ölkənin şimal bölgələrində dəmir yolu əlaqəsinin dayandırıldığını açıqlayıb. Hələb, İdlib, Latakiya və Həma əyalətlərində dağıntılar altında onlarla insan qalıb.
Emin