Türkiyədə baş verən güclü zəzlədən sonra Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk açıqlama verib
Ucnoqta.az xəbər verir ki, Ərdoğanın Twitter hesabında verdiyi açıqlamada deyilir:
"Kahramanmaraşda baş verən və ölkəmizin bir çox yerində hiss olunan zəlzələdən zərər çəkən bütün vətəndaşlarımıza keçmiş olsun deyirəm. AFAD-ın koordinasiyası ilə bütün müvafiq bölmələrimiz həyəcan vəziyyətindədir.
Axtarış-xilasetmə qruplarımız dərhal zəlzələdən zərər çəkmiş ərazilərə göndərilib. Daxili İşlər və Səhiyyə Nazirliyimiz, AFAD, valiliklər və digər bütün qurumlar sürətlə işə başladılar.
Zəlzələdən sonra başlayan işləri də koordinasiya edirik. Ümid edirik ki, birlikdə bu fəlakətdən ən qısa zamanda və ən az zərərlə çıxacağıq və işimizi davam etdiririk."