Türkiyədə GÜCLÜ ZƏLZƏLƏ: ölənlər və yaralananlar var - çox sayda bina dağılıb

08:09 - 6 Fevral 2023 - HADİSƏ

Türkiyənin Qaziantep şəhərində zəlzələ baş verib. Zəlzələ Kahramanmaraş, Qaziantep, Nevşehir, Kayseri, Ankara, Adana və Hatay kimi bir çox böyük şəhərdə hiss olunub.

Ucnoqta.az xəbər verir ki, Avropa Seysmoloji Mərkəzinin məlumatlarına görə, zəlzələ saat 04:17-də 7 kilometr dərinlikdə, maqnitudası 7,4 olub. Birinci zəlzələdən sonra saat 04:26-da Qaziantep mərkəzli ikinci zəlzələ 6,4 bal gücündə qeydə alınıb. Türkiyə 4-cü səviyyə həyəcanı elan edib və qonşu ölkələrdən gələn yardımların qəbul ediləcəyini bəyan edib.

Birinci zəlzələdən sonra eyni bölgədə, təxminən 9 dəqiqə sonra Qaziantepdə 6,4 bal gücündə ikinci zəlzələ baş verib.
Ölkənin yarısını əhatə edən zəlzələdən sonra bir çox şəhərdə dağıntılar olub. Kahramanmaraş, Qaziantep, Diyarbəkir, Malatya, Şanlıurfa, Adıyaman, Hatay, Adana və Osmaniye əyalətlərində bəzi binalar dağılıb.
Uçmuş binaların dağıntılarına çatan qruplar axtarış-xilasetmə işinə başlayıb. Binaların dağıntıları altından çıxarılan yaralılar xəstəxanalara çatdırılıb. Bölgədə zəlzələlər davam edir.

Malatya valisi Hulusi Şahin şəhərdə indiyədək zəlzələ nəticəsində 23 nəfərin həyatını itirdiyini, 420 nəfərin yaralandığını, 140 binanın dağıldığını bildirib.///CNNTurk

Xəbər xətti