Niderlanda Haaqa şəhərində yüzlərlə insan Quranın yandırıılmasına qarşı küçələrə çıxıb.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, bu gün Haaqada yüzlərlə insan müsəlmanlara qarşı nifrətə qarşı nümayiş keçirib. Səbəb İslam əleyhinə fəaliyyət göstərən Pegida təşkilatının liderinin Qurandan səhifələri cırması olub.
Etirazçılar səssiz yürüş təşkil ediblər və bu yürüş zamanı bir neçə nümayişçi əllərində Qurani-Kərim aparıblar.
Nümayişçilər bunu xüsusilə sülh və ədalət şəhərində - Haaqada, müqəddəs kitaba hücumu qəbuledilməz adlandırıblar. Onlar həmçinin vurğulayıblar ki, Quranın yandırılması müsəlman cəmiyyətində insanları çox incidir.
Polis aksiyanın dinc və insidentsiz keçdiyini bildirib.
Ruhəngiz