Səudiyyə Ərəbistanının hakimiyyət orqanları radikal Taliban hərəkatının yaratdığı müvəqqəti Əfqanıstan hökumətinin Həcc və Vəqf işləri üzrə naziri Nuru Məhəmməd Saqibə viza verməkdən imtina edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Əfqanıstanın "Haşt-e Subh" qəzeti diplomatik mənbəyə istinadən məlumat yayıb.
Bildirilir ki, nazir beş günlük seminarda iştirak etmək üçün Səudiyyə Ərəbistanına getməli idi. Taliban hərəkatının qızların təhsilinə məhdudiyyətlər qoyması səbəbindən Səudiyyə Ərəbistanı hakimiyyəti Saqibə viza verməkdən imtina edib.
Emin