Premyer Liqanın 22-ci turunda evdə "Mançester Siti"ni qəbul edən "Tottenhem" 1:0 hesabı ilə qalib gəlib.
Ucnoqta.az xəbər verir ki, görüş Londonda baş tutub.
Qaliblər sırasında Harri Keyn 15-ci dəqiqədə qol vurub. 87-ci dəqiqədə “Tottenhem”in müdafiəçisi Kristian Romero ikinci sarı vərəqə alaraq meydandan qovulub.
Keyn "Tottenhem"in heyətində 267 qol vurub və 1966-cı ildə dünya çempionu Cimmi Qrivsin klub rekordunu üstələyib. Keyn Premyer Liqada 200-cü qolunu vuraraq daha əvvəl ingilis hücumçuları Alan Şirer (260 qol) və Ueyn Runi (208) tərəfindən əldə edilmiş göstəriciyə çatan üçüncü oyunçu oldu.
Qeyd edək ki, 29 yaşlı Keyn 2011-ci ildən "Tottenhem"də çıxış edir.