Lavrov İraqa səfər edib

22:06 - 5 Fevral 2023 - DÜNYA

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İraqın paytaxtı Bağdada işgüzar səfərə gedib.

Ucnoqta.az xəbər verirki, Lavrovun İraq prezidenti Əbdüllətif Rəşid, baş nazir Məhəmməd əl-Sudani, İraq Nümayəndələr Şurasının sədri Məhəmməd əl-Xalbusi və iraqlı həmkarı Fuad Hüseynlə görüşləri gözlənilir.

Bundan əlavə, İraqın keçmiş baş naziri Nuri əl-Maliki ilə görüş planlaşdırılır.

Qeyd edək ki, Lavrovun İraqa sonuncu səfəri 2019-cu ildə baş tutub.

Xəbər xətti