Aİ Gürcüstana sanksiyalar barədə xəbərdarlıq edib

21:11 - 5 Fevral 2023 - DÜNYA

Avropa İttifaqı Gürcüstan hakimiyyətinə Rusiya ilə birbaşa uçuşları bərpa edərsə və Aİ-nin Moskvaya qarşı tətbiq etdiyi aviasiya sanksiyalarından yan keçməkdə iştirak edərsə, sanksiyalara məruz qalacağı barədə xəbərdarlıq edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Netgazeti”nin Gürcüstan nəşrinə Aİ Xarici İşlər Xidmətinin nümayəndəsi Piter Stano bildirib.
Avropa İttifaqı Gürcüstanı Aİ və digər ölkələrin Rusiyaya qarşı təsdiq etdiyi sanksiyalara aviasiya sektorunda qoşulmağa və sanksiyalardan yan keçmək üçün mümkün cəhdlərə qarşı diqqətli olmağa çağırıb. 

Stano onu da əlavə edib ki, Gürcüstan “təhlükəli Rusiya təyyarələrini öz ərazisinə buraxmamalıdır”, çünki onun sözlərinə görə, Rusiya təyyarələrinin 95%-i sanksiyalara görə lazımi təhlükəsizlik standartlarını qoruya bilmir.

Xəbər xətti