Gədəbəydə atanın övladlarına bıçaqla xəsarət yetirməsinin təfərruatları məlum olub.
Kənd sakini 1985-ci il təvəllüdlü Yaşar Mustafayev sərxoş vəziyyətdə həyat yoldaşı, 1988-ci il təvəllüdlü İlhamə Mustafayeva ilə mübahisə edib.
Mübahisədən sonra sərxoş kişi həyat yoldaşını bıçaqlamaq istəyib. Bu zaman onları sakitləşdirmək istəyən yeniyetmə övladlarına bıçaq xəsarəti yetirib. Faktla bağlı araşdırma aparılır.///apa
20:23
Gədəbəydə bıçaqlanma hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə rayonun İvanovka kəndində qeydə alınıb.
2007-ci il təvəllüdlü Valeh Mustafayev və qardaşı 2006-cı il təvəllüdlü Taleh Mustafayev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Onlara yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Məlumata görə qardaşlar ataları Yaşar Mustafayev tərəfindən bıçaqlanıb. Onların hər ikisi əlindən bıçaq xəsarətləri alıb. Hadisənin səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.