Fevralın 5-də İraq sakinləri öz atasının əli ilə ölən 22 yaşlı blogerin ölümünü pisləyərək, gender zorakılığına qarşı etiraz aksiyası keçiriblər.
Ucnoqta.az xəbər verir ki, "Associated Press" agentliyinin İraq Daxili İşlər Nazirliyinin sözçüsü Saad Maan-a istinadən verdiyi məlumata görə, Tiba əl-Əli yanvarın 31-də öldürülüb.
Nəşr qeyd edir ki, etiraz aksiyası keçirən ölkə sakinləri hakimiyyətdən qadınların hüquqlarının müdafiəsi sahəsində islahatların aparılmasını tələb ediblər.
Namus qətliamı adlandırılan qətliamın səbəbinin ailə üzvləri arasında münaqişə olduğu bildirilir. 22 yaşlı bloger Türkiyəyə köçüb və bu, valideynlərinin qəzəbinə tuş gəlib. Sevgilisi ilə İstanbulda yaşayan qız həyatından bəhs etdiyi YouTube kanalını idarə edib.