Misirin keçmiş baş naziri Şərif İsmayıl vəfat edib

19:45 - 5 Fevral 2023 - DÜNYA

Misirin keçmiş baş naziri Şərif İsmayıl uzun sürən xəstəlikdən şənbə günü axşam Qahirədə 68 yaşında vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Misirin “An-Nil” telekanalı məlumat yayıb.

Vida mərasimi bazar günü Yeni Qahirə bölgəsindəki marşal Hüseyn Tantavi adına məsciddə keçirilib. 

Dəfn mərasimində hazırkı baş nazir Mustafa Matubli və digər dövlət rəsmiləri də iştirak edib.

Xəbər xətti