İranın bir sıra məsələlərdə hazırkı mövqeyi onun nüvə proqramı ilə bağlı razılığa gəlməyi çətinləşdirir.
Ucnoqta.az xəbər verir ki, bunu “El Pais” qəzetinə müsahibəsində Aİ-nin xarici xidmətinin rəhbəri Cosef Borrel deyib. Aİ-nin xarici xidmətinin rəhbəri razılaşmanı “xilas etməyə çalışacağını” bildirib.
“Sonradan İran hər hansı razılaşmanın əldə olunmasını çox çətinləşdirən mövqe tutdu. Daxili hərəkatların, xüsusən də qadınlara təzyiq, ölüm hökmünün tətbiqi, Rusiyaya silah tədarükü - onlar bunu etdiklərini inkar etsələr də, bununla bağlı çoxlu sübutlar var - elə bir mühit yaradıb ki, nüvə sazişi getdikcə çətinləşir”, - Borrell bildirib.
Diplomat əlavə edib ki, hazırda müqavilə dondurulub.
Ruhəngiz