Pakistanda partlayış - 5 nəfər yaralanıb

12:12 - 5 Fevral 2023 - HADİSƏ

Pakistanın Kvetta şəhərində partlayış nəticəsində 5 nəfər xəsarət alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Doon News polisə istinadən məlumat yayıb.

Partlayış Kvetta polisinin qərargahı yaxınlığındakı keçid məntəqələrindən birinin yaxınlığında baş verib. Partlayış nəticəsində 5 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Hazırda hadisənin baş verdiyi ərazi polis tərəfindən mühasirəyə alınıb. HHücuma görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

Xəbər xətti