ABŞ F-16-ları Ankaranın yeganə variantı deyil - Hulusi Akar

11:49 - 5 Fevral 2023 - DÜNYA

ABŞ-nın Türkiyəyə qırıcı təyyarələrin satışından mümkün imtina Ankaranı alternativ variantları nəzərdən keçirməyə vadar edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Hulusi Akar bildirib ki, ABŞ-ın ölkəsinə F-16 qırıcıları satmaqdan mümkün imtinası Ankaranı alternativ variantları nəzərdən keçirməyə təşviq edəcək.

"Biz gözləyirik ki, ABŞ-da sağlam düşüncə qalib gələcək və onlar problemin hərtərəfli qiymətləndirilməsi əsasında qərar verəcəklər. Türkiyə parlamentindəki həmkarlarımız ABŞ Konqresinin nümayəndələri ilə danışıqlar aparır. Bizim şüarımız "Güclü Türkiyə, güclü ordu, güclü NATO." Biz də deyirik ki, F-16-lar bizim yeganə seçimimiz deyil".

Xəbər xətti