Türkiyədə şəhərlərarası avtobusun toqquşması nəticəsində azı 6 nəfər ölüb, 36 nəfər yaralanıb.
Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, polisdəki mənbələrə istinadən məlumat yayıb.
Avtobus Türkiyənin Diyarbəkir şəhərindən Egey dənizi sahilində Bodruma gedirmiş. Qəza ölkənin mərkəzi hissəsindəki Afyonkarahisar vilayətinin Dinard şəhəri yaxınlığında baş verib.
Qəza yerinə polis və təcili yardım maşınları göndərilib. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.