Zelenski keçmiş nazirləri vətəndaşlıqdan məhrum edib

23:58 - 4 Fevral 2023 - DÜNYA

Ukrayna prezidenti Volodimir Zelenski keçmiş nazirləri vətəndaşlıqdan məhrum edib 

Ucnoqta.az xəbər verir ki, bu şəxslər keçmiş prezident Viktor Yanukoviçin administrasiyasında çalışıblar.

Qərar keçmiş təhsil və elm naziri Dmitri Tabaçnik (2010-2014), daxili işlər naziri Vitali Zaxarçenko (2011-2014), gəlirlər və rüsumlar naziri Aleksandr Klimenko (2012-2014), Təhlükəsizlik Xidmətinin keçmiş sədri Oleksandr Yakymenko (2013-2014) və Ukrayna Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Andrey Klyuyev (2012-2014) əhatə edib. 

Onların hər birinin Rusiya vətəndaşlığı var.

Xəbər xətti