Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqə turnirində finala yüksəlib.
Ucnoqta.az xəbər verir ki, idmançımız ardıcıl olaraq Matteus Takaki (Braziliya), Tsoqt-Oçir Byambajav (Monqolustan), Temur Nozadze (Gürcüstan) və Kamoliddin Baxtıyarovu (Özbəkistan) məğlub edib.
Qeyd edək ki, Böyük Dəbilqəyə fevralın 5-də yekun vurulacaq.