Şəmkirdə 2 uşaq anasının qətlinin bəzi təfərrüatları məlum olub - (YENİLƏNİB)

20:15 - 4 Fevral 2023 - HADİSƏ

Şəmkir rayonunun Sabirkənd kəndində 1995-ci il təvəllüdlü, 2 uşaq anası Qənirə Zahid qızı Şərifovanın qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.

"Report"un məlumatına görə, hadisə qadının ata evində baş verib. Belə ki, qadın evdə olan zaman qardaşı, 1992-ci il təvəllüdlü Şaiq Zahid oğlu Şərifli ilə qısqanclıq zəminində mübahisə yaranıb. Bu zaman qadın bıçaqlanıb. Qadın aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Hadisəni törətməkdə şübhəli bilinən Ş.Şərifli polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Qeyd edək ki, Ş.Şərifli də ailəlidir, bir övladı var.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


19:00

Şəmkirdə qardaş bacısını qətlə yetirib.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Sabirkənd kəndində baş verib.

31 yaşlı kənd sakini Şahiq Şərəfli 1995-ci il təvəllüdlü bacısı Qənirə Şərifovanı bıçaqla qətlə yetirib.

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb.

Araşdırma aparılır.

Xəbər xətti