Mingəçevirdə evdən 20 minlik oğurluq olub

15:45 - 4 Fevral 2023 - HADİSƏ

Mingəçevirdə evdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən xəbərə görə, şəhər ərazisindəki evlərin birindən 10.000 manat,  3100 ABŞ dolları və 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Mingəçevir şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Mingəçevir sakini, əvvəllər məhkum olunmuş R.Əzizov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Xəbər xətti