Bakıda qadın sürücü ağır qəza törətdi - ölən və xəsarət alanlar var

10:17 - 4 Fevral 2023 - HADİSƏ

Ziya Bünyadov prospektində ağır yol-nəqliyyatı hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, Bakı sakini 1981-ci il təvəllüdlü Eynullayeva Gülnarə Rasim qızının idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirib yolayrıcı səddi aşaraq əks istiqamətdə hərəkətdə olan 1990-cı il təvəllüdlü, Bakı şəhər sakini Qurbanov Səid Elmar oğlunun idarə etdiyi avtomobillə toqquşub.

Nəticədə Səid Qurbanov hadisə yerində ölüb, G.Eynullayeva və sərnişinləri - 2000-ci il təvəllüdlü Bağırov Nicat Arzu oğlu və 1981-ci il təvəllüdlü Abbasov Səbuhi İslam oğlu aldıqları xəsarətlərlə Sabunçu tibb mərkəzinə daxil olub.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər xətti