Ermənistan və Qazaxıstan Rusiyaya sanksiyalardan yan keçməyə kömək edir - Latviyanın baş naziri

10:11 - 4 Fevral 2023 - DÜNYA

Qazaxıstan və Ermənistan şirkətləri Rusiyaya tətbiq edilən sanksiyalara görə bu ölkənin ala bilmədiyi malları satır.

Ucnoqta.az xəbər veri ki, bu barədə Latviyanın baş naziri Krişyanis Karins bildirib.

“Aydın görünür ki, iş adamları, məsələn, Qazaxıstan və ya Ermənistana qanuni yolla mal satmağın yollarını tapır, daha sonra Rusiyaya göndərilir, çünki bu ölkələr sanksiyalar rejiminə əməl etmir”, - deyə Karins bildirib.


O, Aİ ilə bu ölkələr arasında ticarətin əhəmiyyətli dərəcədə artmasına işarə edib ki, bu da “əvvəlki ilə qeyri-mütənasibdir”.

Bunu həll etməyin mümkün yollarından biri bu ölkələrlə işləmək, onları sanksiyalara əməl etməyə məcbur etməkdir. 

Emin

Xəbər xətti