ABŞ İranın PUA istehsalçısının idarə heyətinin üzvlərinə sanksiya tətbiq edib

22:38 - 3 Fevral 2023 - DÜNYA

ABŞ hakimiyyəti İranın dron istehsalçısı Paravar Pars şirkətinin direktorlar şurasının üzvlərini sanksiyalar siyahısına əlavə edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi İranda yerləşən "Paravar Pars" şirkətinin səkkiz rəhbər işçisini reyestrinə daxil edib.

Daha əvvəl İslam İnqilabı Keşikçiləri Korpusunun aerokosmik qüvvələri (SEPAH) üçün “Şahed” seriyalı pilotsuz uçuş aparatlarının istehsalına görə sanksiyalar tətbiq edilmişdi.

Ruhəngiz

Xəbər xətti