İstanbulda Azərbaycan vətəndaşı yol qəzasında ölüb

22:16 - 3 Fevral 2023 - HADİSƏ

Türkiyənin İstanbul şəhərinin Bağçalıevlər rayonunda marşrut avtobusunun dayanacaqda gözləyən sakinlərə, daha sonra isə mikroavtobusa çırpılması nəticəsində yaralanan Azərbaycan vətəndaşı Əhməd Rzayev həkimlərin müdaxiləsinə baxmayaraq, dünyasını dəyişib. “Report” İHA-ya istinadən xəbər verir ki, beləliklə, hadisədə ölənlərin sayı 2-yə yüksəlib, yaralıların sayı isə 4 olub. Xatırladaq ki, hadisə ötən gün baş verib.

Xəbər xətti