Kriştano Ronaldo Səudiyyə Ərəbistanı çempionatında "Əl-Nəsr"in heyətində ilk qolunu vurub.
Ucnoqta.az xəbər verir ki, futbol üzrə Səudiyyə Ərəbistanı çempionatının 15-ci turu çərçivəsində səfərdə “Əl-Fate”lə qarşılaşan “Əl-Nəsr” səfərdə 2:2 hesabı ilə bərabərə qalıb.
“Əl-Nəsr”ın qollarını Anderson Taliska (42-ci dəqiqə) və Kriştiano Ronaldo (90+3, penaltidən), “Əl-Fate”ın heyətində Kristian Tello (12) və Sofian Bendebka (58) vurub.
Portuqaliyalı daha əvvəl Fransanın PSJ futbol klubu ilə Ər-Riyadın ulduz komandası arasında keçirilən sərgi oyununda (5:4) iki dəfə fərqlənib.
“Əl-Nəsr” 15 oyundan sonra 34 xalla Səudiyyə Ərəbistanı liqasının cədvəlinə başçılıq edir. “Əl-Fat” 22 xalla altıncı pillədə qərarlaşıb.
Növbəti matçda fevralın 9-da “Əl-Nəsr” səfərdə “Əl-Vehda”la qarşılaşacaq.