Avropa Komissiyası Ukraynanın bərpası üçün 1 milyard avro ayırır

20:30 - 3 Fevral 2023 - DÜNYA

Avropa Komissiyası Ukraynada məktəblərin, xəstəxanaların sürətli bərpasını təmin etmək üçün 1 milyard avro ayırır.

Ucnoqta.az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ukrayna-Avropa İttifaqı Sammitinin yekunlarına dair mətbuat konfransında deyib.

O qeyd edib ki, Rusiya ordusunun infrastruktur obyektlərinə endirdiyi zərbələr nəticəsində dağıdılmış binaların bərpası ilə yanaşı, Ukraynada hələ də məktəblər, xəstəxanalar, xəstəxanalar, yolların bərpası lazımdır.

Qeyd edək ki, ötən il ərzində Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayandan indiyədək Aİ Ukraynaya ümumilikdə 49 milyard avro yardım edib.

Xəbər xətti