Rusiyaya qarşı onuncu sanksiyalar paketi - 10 milyard avroluq ...

18:42 - 3 Fevral 2023 - DÜNYA

Avropa İttifaqının (Aİ) hazırladığı növbəti anti-Rusiya sanksiyalar paketi 10 milyard avroya məhdudiyyətlər nəzərdə tutur  

Ucnoqta.az xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen bildirib.  Avropa Komissiyasının rəhbəri Rusiyaya qarşı onuncu sanksiyalar paketinin təfərrüatlarını açıqlayıb.

Onuncu sanksiyalar paketi, xüsusən də Moskvanın hərbi məqsədlər üçün istifadə edə biləcəyi texnologiyaların Rusiyaya tədarükü ilə bağlı yeni məhdudiyyətləri ehtiva edir.

Fevralın 2-də Avropa Komissiyasının rəhbəri bildirib ki, Aİ Ukraynada xüsusi əməliyyatın başlanmasının ildönümü olan fevralın 24-nə qədər Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.

Xəbər xətti