Bakıda mağazalardan oğurluq edən qadın saxlanıldı - FOTO

14:55 - 3 Fevral 2023 - HADİSƏ

Paytaxtın müxtəlif rayonlarında mağazalardan oğurluq etməkdə şübhəli bilinən şəxs müəyyən olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılan 1990-cı il təvəllüdlü Səbinə Ağayeva mağazalara daxil olaraq satıcıların fikrini müxtəlif formalarda yayındıraraq çoxsaylı oğurluq əməlləri törətməkdə şübhəli bilinir.

Onun cinayətkar əməllərindən zərər çəkən başqa şəxslər varsa polisə məlumat vermələri tövsiyə olunur.

Araşadırmalar davam etdirilir.

 


Xəbər xətti