Rusiya Ukraynada 200 min əsgərini itirib

12:28 - 3 Fevral 2023 - DÜNYA

Rusiya Ukraynada müharibənin 11 ayı ərzində 200 minə yaxın hərbçisini itirib.

Ucnoqta.az xəbər verir ki, “The New York Times”ın Amerika və Qərb rəsmilərinə istinadən verdiyi məlumata görə, Ukraynada həlak olan və yaralanan rus əsgərlərinin sayı 200 minə yaxınlaşır.

Bu itkilər Amerikanın Əfqanıstandakı müharibənin iki onilliyindəki itkilərindən 8 dəfə çoxdur.

Qeyd edilir ki, Rusiya ordusu Baxmut və Soledar uğrunda gedən döyüşlərdə xüsusilə ağır itki verib.

Xəbər xətti