Bərdədə çörək sexi yanıb

11:11 - 3 Fevral 2023 - HADİSƏ

Bərdə rayonunun Birinci Qaradəmirçi kəndində ümumi sahəsi 515 m² (1-ci mərtəbəsi 500 m², 2-ci mərtəbəsi 15 m²) olan ikimərtəbəli çörəkbişirmə sexinin ikinci mərtəbəsində yerləşən ofis otağında əşyalar yanıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yüksək temperaturdan lambirdən ibarət tavan əriyib. Çörəkbişirmə sexinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti