Sovet istehsalı olan “Ağlama!” filmində rol alan Gürcüstanın Xalq artisti Cemal Qaqanidze 90 yaşında vəfat edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rustaveli Milli Teatrının mətbuat xidməti məlumat yayıb.
Qaqanidze 1933-cü ildə Tbilisidə anadan olub. 1956-cı ildən Şota Rustaveli adına Teatrın səhnəsində çıxış etməyə başlayıb.
Qaqanidze çoxlu sayda teatr rolları ilə yanaşı, “Ağlama!” kimi bir çox filmlərdə də oynayıb.