Sabunçuda iki avtomobil toqquşub - ölən var

09:04 - 3 Fevral 2023 - HADİSƏ

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində qeydə alınıb.

1996-cı il təvəllüdlü Baloğlanov Röyal Firudin oğlu idarə etdiyi “Mercedes C-class” markalı avtomobillə "Lukoil" yanacaqdoldurma məntəqəsinin yaxınlığında Məhəmmədi dairəsi istiqamətində hərəkəndə olarkən, əks istiqamətdə hərəkət olan 1975-ci il təvəllüdlü Məmmədov Mahir Mirayıl oğlunun idarə etdiyi “Fiat Doblo” avtomobili ilə toqquşub.

Nəticədə Mahir Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər xətti