Pentaqon ABŞ-ın şimalında Çinin kəşfiyyat şarını aşkar edib

08:01 - 3 Fevral 2023 - DÜNYA

Pentaqon ABŞ-ın materik üzərində Çin kəşfiyyat şarının göründüyünü təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ ordusunun sözçüsü Patrik Rayderin bəyanatında deyilir.

Rayderin sözlərinə görə, ABŞ səlahiyyətliləri, o cümlədən Şimali Amerika Birgə Aerokosmik Müdafiə Komandanlığı şarı "yaxından izləməyə" və onun hərəkətini izləməyə davam edir.

Şarın kommersiya hava səyahətindən əhəmiyyətli dərəcədə yüksək hündürlükdə hərəkət etdiyi və yerdəki insanlar üçün heç bir hərbi və ya fiziki təhlükə törətmədiyi qeyd edilir.

Daha əvvəl KİV Pentaqona istinadən ABŞ-ın şimalı üzərində hərəkət edən Çin kəşfiyyat şarının tapılması barədə məlumat yayıb.

Xəbər xətti