Ukrayna Rusiya Federasiyası ərazisinə uzaqmənzilli raketlərlə zərbə endirməyəcək
Ucnoqta.az xəbər verir ki, bunu Kiyevdə Aİ nümayəndələri ilə görüşdə müdafiə naziri Aleksey Reznikov deyib.
“Əgər 300 km məsafədən zərbə endirmək imkanımız olsaydı, Rusiya ordusu müdafiəni təmin edə bilməyəcək və məğlub olmaq məcburiyyətində qalacaqdı.
Ukrayna silahlarınızın Rusiya ərazisinə hücumlarda iştirak etməyəcəyinə dair istənilən zəmanəti verməyə hazırdır. Bizim Ukraynanın müvəqqəti işğal olunmuş ərazisində kifayət qədər hədəflərimiz var və tərəfdaşlarımızla hədəfləri əlaqələndirməyə hazırıq”, - deyə o bildirib.