“Azərbaycan yanvar ayından etibarən Rumıniyaya əlavə qaz həcminin nəqlinə başlayıb. Sabah hər iki ölkənin dövlət neft şirkəti “Romqaz” və SOCAR yeni sazişə imza atacaqlar. Həmin sazişə əsasən, 2023-2024-cü illərdə bizim ölkəyə əlavə qaz nəql ediləcək”.
Ucnoqta.az xəbər verir ki, bunu Rumıniya Prezidenti Klaus Yohannis Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatında deyib.
“Həm Cənub Qaz Dəhlizi və həm də gələcək yaşıl enerji ilə bağlı Qara dənizin altı ilə inşa ediləcək layihə Azərbaycanın bərpaolunan enerji mənbələrini Avropaya gətirəcək. Hər iki layihə Avropa İttifaqının rəhbərliyi tərəfindən ciddi şəkildə dəstəklənir. Bu məsələləri biz cənab Prezident Əliyevlə müzakirə etdik”, - deyə Rumıniya Prezidenti bildirib.