Blinken Çin lideri ilə 6 ildən sonra ilk dəfə Pekində görüşəcək

21:35 - 2 Fevral 2023 - DÜNYA

ABŞ dövlət katibi Entoni Blinken Çinə iki günlük səfəri çərçivəsində Çin lideri Si Cinpinlə görüşəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

ABŞ diplomatı 5 fevral bazar günü başlayacaq iki günlük səfəri zamanı Si Cinpinlə görüşəcək.
Səfər çərçivəsində ABŞ dövlət katibi Çinin yeni xarici işlər naziri Qin Qanq və onun sələfi, hazırda Çinin xarici siyasət rəsmisi olan Vanq Yi ilə də görüşəcək.

Blinken həm də prezident Co Bayden hökumətində Çinə səfər edən ilk nazir olacaq.

Xəbər xətti