"Bizi "Leopard" tankları ilə hədələyirlər" - Putin

19:31 - 2 Fevral 2023 - DÜNYA

Rusiya Prezidenti Vladimir Putin Stalinqrad döyüşünün 80 illiyi şərəfinə keçirilən tədbirdə Rusiyanı yenidən alman tankları ilə təhdid etdiyini bildirib.

Ucnoqta.az xəbər verir ki, o, ilk dəfə olaraq alman hakimiyyətinin Kiyevə hərbi texnika tədarük etmək qərarını dəyərləndirib.

Putin qeyd edib ki, Rusiya öz tanklarını Qərb dövlətlərinin sərhədlərinə göndərmir. “İnanılmaz, amma həqiqətdir – bizi yenə də banderçilərin əli ilə döyüşən alman "Leopard" tankları ilə hədələyirlər”, - dövlət başçısı bildirib.

Prezidentin sözlərinə görə, Rusiya yenidən kollektiv Qərbin aqressiyasını dəf etməyə məcburdur. Bununla belə, Putin xəbərdarlıq edib ki, ölkənin “cavab verəcəyi bir şey var”.

Xəbər xətti