Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya hərbi yardım üçün daha 500 milyon avro, eləcə də Aİ-nin Hərbi Yardım Missiyası tərəfindən hərbi təlimlərə 45 milyon avro ayırmağa qərar verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bu, Avropa İttifaqından Kiyevə yeddinci hərbi dəstək paketi olacaq. Onun ayrılmasını Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell təsdiqləyib.
"Bugünkü yeni tədbirlər kritik anda aydın siqnal verir: biz Ukraynanı nə qədər lazım olursa, nə qədər lazımdırsa, dəstəkləməyə davam edəcəyik" - Borell deyib.
Emin