Bərdədə ağır yol nəqliyyat hadisəsi baş verib.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Bərdə-Ağdam avtomobil yolunun Bərdə rayonunun Kətəlparaq kəndindən keçən hissəsində qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər ölüb, 1 nəfər isə ağır bədən xəsarətləri alıb.
Xəsarət alan şəxs Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.