Şəmkirdə minik və yük maşınları toqquşub: Ölən və xəsarət alan var

17:27 - 2 Fevral 2023 - HADİSƏ

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az-ın Oxu.Az-a istinadən məlumatına görə, hadisə rayonun Seyidlər kəndində qeydə alınıb.

VAZ-21099 markalı minik maşını ilə “KamAZ”  markalı yük maşını toqquşub. Qəza nəticəsində VAZ-da olan sərnişin hadisə yerində ölüb, sürücüsü xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunublar.

 

Xəbər xətti