Rusiya ordusu ABŞ-dan gətirilən HIMARS və MLRS qurğularını məhv etdi

16:39 - 2 Fevral 2023 - DÜNYA

Rusiya hərbçilərinin Kramatorsk bölgəsinə endirdiyi zərbələr ABŞ-dan gətirilən HIMARS və MLRS atıcı qurğularını sıradan çıxarıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

Məlumata görə, Rusiya artilleriya, aviasiya və raket qüvvələrinin zərbələri nəticəsində düşmənin 79 artilleriya bölməsi, eləcə də Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və texnikası darmadağın edilib.

Bundan əlavə, Rusiya qoşunları Donetskdə və Avdeevka yaşayış məntəqələri yaxınlığında, eləcə də Zaporojye vilayətinin Drujelyubovka ərazisində Ukraynanın üç raket və artilleriya silahı anbarını vurub.

Emin

Xəbər xətti