Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir - Ursula fon der Leyen

16:05 - 2 Fevral 2023 - DÜNYA

Avropa İttifaqı Rusiyanın Ukraynada müharibəyə başlanmasının ildönümündə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir

Ucnoqta.az xəbər verir ki, bu barədə "France-Presse" məlumat yayıb. Məlumata görə, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen müharibənin başlanmasının ildönümünə qədər Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətində olduğunu deyib.

"İşğalın başlamasından düz bir il sonra fevralın 24-nə kimi biz onuncu sanksiyalar paketini həyata keçirmək niyyətindəyik"

Onun sözlərinə görə, hazırkı doqquz sanksiya paketi Rusiya iqtisadiyyatına zərər vurur. Aİ rəhbəri bildirib ki, Rusiya neftinin qiymətinin məhdudlaşdırılması Moskvaya "gündə təxminən 160 milyon avroya" başa gəlir.

Xəbər xətti