Aİ Ukraynaya yeni yardım paketini açıqlayıb

14:38 - 2 Fevral 2023 - DÜNYA

Avropa İttifaqı islahatlar prosesini dəstəkləmək üçün Ukraynaya əlavə 400 milyon avro yardım paketi elan edəcək.

Ucnoqta.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bunu Brüsseldə Avropa Komissiyasının büdcə məsələləri üzrə komissarı Yohannes Han bildirib.

Han qeyd edib ki, blok tezliklə Ukrayna idxalına dair bütün tariflərin və ticarətin qorunması tədbirlərinin dayandırılmasını davam etdirməyi təklif edəcək.

Qeyd edək verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ukrayna hökuməti ilə danışıqlar aparmaq üçün cümə axşamı Avropa Komissiyasının İdarə Heyətinin 15 üzvü ilə birlikdə Kiyevə gəlib.

Emin

Xəbər xətti