ABŞ-ın istənilən hərbi əməliyyatına nüvə zərbəsi ilə cavab veriləcək - Şimali Koreya

08:54 - 2 Fevral 2023 - DÜNYA

Şimali Koreya ABŞ-ın istənilən hərbi əməliyyatına ən sərt cavabı verəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Şimali Koreya (KXDR) Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü bildirib.

Departament nümayəndəsi vurğulayıb ki, Amerika tərəfinin düşmənçilik fəaliyyəti nəticəsində Koreya yarımadasında və regionda hərbi-siyasi vəziyyət “qırmızı xətt”ə çatıb. O xəbərdarlıq edib ki, Şimali Koreya Vaşinqtonun istənilən hərbi səyinə “nüvə bombası üçün nüvə bombası və tam qarşıdurma üçün total qarşıdurma” prinsipi ilə cavab verəcək.

Onun sözlərinə görə, KXDR hakimiyyəti ABŞ və onun müttəfiqlərinə qarşı dəqiq strategiya hazırlayıb. Nazirlik sözçüsü onu da vurğulayıb ki, Şimali Koreya ABŞ hakimiyyətinin “düşmənçilik siyasəti” yürütdüyü müddətdə ABŞ-la dialoqda maraqlı deyil.

Emin

Xəbər xətti