İsrail Qəzza zolağına hava zərbələri endirib

08:21 - 2 Fevral 2023 - DÜNYA

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağına hava zərbələri endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Daha sonra ordunun mətbuat xidməti İsrail Müdafiə Qüvvələrinin HƏMAS-ın silah istehsalı ilə bağlı obyektlərinə hava zərbələri endirdiyini bildirib.

Hərbçilər bildiriblər ki, “qırıcı təyyarələr HƏMAS terror təşkilatının raket istehsalı üçün istifadə edilən kimyəvi xammalın istehsalı və saxlanması obyektinə və Qəzza zolağının mərkəzində yerləşən silah istehsalı müəssisəsinə hücum edib”.

Xəbər xətti