Gürcüstan hakimiyyəti həbsdə olan ölkənin eks-prezidenti Mixail Saakaşviliyə işgəncə verir və onu öldürmək istəyir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Avstriya prezidenti Aleksandr van der Bellenlə keçirdiyi mətbuat konfransında bildirib.
Kiyevdə görüş zamanı siyasətçilər fotolarda əks olunmuş Saakaşvilinin vəziyyətini müzakirə ediblər. Zelenski şəkli göstərib və bunun “Ukrayna vətəndaşına ictimai işgəncə” olduğunu vurğulayıb.
Zelenskinin sözlərinə görə, Saakaşvili zəhərlənib və indi yavaş-yavaş öldürülür.