Gürcüstan prezidenti Salome Zurabişvili Rusiyanın məğlubiyyəti halında işğal olunmuş Cənubi Osetiya və Abxaziyadan imtinanın sülh sazişlərinə daxil edilməsinə çağırıb.
Ucnoqta.az xəbər verir ki, Zurabişvili bu barədə Bloomberg agentliyinə müsahibəsində bildirib.
“Rusiya sərhədlərinin harada olduğunu bilməlidir. Gürcüstanın məsələləri də nəzərə alınmalıdır. Rusiya işğal etdiyi bütün ərazilərdən geri çəkilmədən müharibə bitə bilməz”, - Zurabişvili bildirib.
O, Rusiya qoşunlarının bütün işğal olunmuş ərazilərdən çıxarılmasını tələb etməməklə, “Qərb dünyası daha bir böyük səhvə yol verəcək – 2008 və 2014-cü illərdə olduğu kimi” - deyib.
Onun sözlərinə görə, Rusiyanın məğlubiyyəti göz qabağındadır və artıq yaxındır.
Gürcüstan prezidenti qeyd edir ki, ölkənin NATO və Aİ-nin himayəsi altında olmayan bir hissəsinin Rusiya qoşunları tərəfindən işğal edildiyini nəzərə alaraq, hakimiyyət Rusiyaya qarşı bəyanat və çıxışlarında “daha diqqətli” olmalıdır.
Emin