ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) Prezident Co Baydenin Rehobot-Biç şəhərindəki evində axtarış aparır.
Ucnoqta.az xəbər verir ki, bu barədə NBC News mənbəyə istinadən yazır.
FTB-nin axtarışı zamanı heç bir order verilmədiyini və bunun qarşılıqlı razılıq əsasında aparıldığını bildirib.
Baydenin şəxsi vəkili Bob Bauer əvvəllər vəkillərin Baydenin Vilminqton və Rehobot-Biç iqamətgahlarında digər sənədlər üçün axtarış apardıqlarını söyləyib.
Məxfi sənədlər əvvəllər Baydenin Vilmingtondakı iqamətgahında və Vaşinqtondakı beyin mərkəzi ofisində tapılıb.
Emin