Gəncədə yanacaq daşıyan avtomobil yanıb

16:53 - 1 Fevral 2023 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Gəncə şəhəri, Sevinc qəsəbəsidə yanacaq daşıyan avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Ucnoqta.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Yaxınlıqdakı ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti