ABŞ-da başqa bir PUA-dan buraxılan yeni pilotsuz uçan aparat sınaqdan keçirildi

13:05 - 1 Fevral 2023 - DÜNYA

Amerikanın "General Atomics Aeronautical Systems" (GA-ASI) şirkəti başqa bir PUA-dan atılan yeni pilotsuz uçuş aparatını (PUA) ALE Eaglet-i ilk dəfə sınaqdan keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə şirkətin yaydığı press-relizdə deyilir.

Pilotsuz təyyarə ötən ilin dekabrında Yuta ştatında MQ-1C Boz Qartal kəşfiyyat və zərbə PUA-dan buraxılıb. 

Şirkət nümayəndələrinin qeyd etdiyi kimi, dronun uçuş məsafəsi “minlərlə kilometrdir”.

Bundan əvvəl Pentaqon bildirmişdi ki, gələcək münaqişələrdə böyük ehtimalla pilotsuz uçuş aparatlarından kütləvi şəkildə istifadə olunacaq. ABŞ Dəniz Piyadaları Korpusunun komandanı general Devid Bergerin sözlərinə görə, ABŞ ordusu kiçik pilotsuz təyyarələrə qarşı mübarizə aparmaq üçün müxtəlif sistem və üsullara malikdir, eyni zamanda bu sahədə texniki vasitələr daim təkmilləşdirilir.

Emin

Xəbər xətti