Argentinalı yarımmüdafiəçi rekord məbləğə “Çelsi”yə keçdi

12:09 - 1 Fevral 2023 - İDMAN

Argentinalı yarımmüdafiəçi Esto Fernandez rekord məbləğə "Çelsi" klubuna keçib

Ucnoqta.az xəbər verir ki, London klubu Enzo Fernandezin transferi üçün "Benfika"ya 121 milyon avro ödəyib.

"Çelsi" futbolçu üçün 121 milyon avro ödəyib.Bu transfer İngiltərə futbol tarixində ən böyük transfer olub.
Qeyd edək ki, yarımmüdafiəçi Cek Qrilişin “Aston Villa”dan “Mançester Siti”yə keçidi 117 milyon avroya rekord məbləğə imza atıb.

“River Pleyt”in yetirməsi olan Fernandes 2022-ci ilin yayından “Benfika”da çıxış edir. Ümumilikdə o, portuqaliyalıların heyətində 29 oyun keçirib, 4 qol vurub və 7 məhsuldar ötürmə verib.

Yarımmüdafiəçi Argentina millisinin heyətində Qətərdə keçirilən dünya çempionatının ən yaxşı gənc oyunçusu seçilib.

Emin

Xəbər xətti